Kəmaləddin Heydərov ərəb şeyxləri ilə biznes qurur

«Fövqəlnazir»in «Jalə»ləri Küveytə ayaq açıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Küveyt şeyxləri ilə ortaq biznes qurub. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, artıq “fövqlənazir”ə məxsus “Gilan Holding”in istehsal etdiyi “Jalə” şirələri Küveytə ayaq açıb. Lakin Kəmaləddin Heydərov bununla kifayətlənmək niyyətində deyil. “Fövqəlnazir” Küveytdəki biznesi şaxələndirmək və bu ölkədə biznesin başqa sahələrinə də əl qoymaq niyyətindədir.
Kəmaləddin Heydərovun Küveyt və digər ərəb ölkələrinin şeyxləri ilə çoxdan münasibətləri var. Bir sıra nüfuzlu ərəb şeyxləri Azərbaycanda səfərə gələrkən məhz “fövqəlnazir”in qonağı olublar. Kəmaləddin Heydərovun oğlunun toyunda da ərəb şeyxlərinin iştirak etdiyi bildirilir. Görünür, “fövqəlnazir” bu münasibətlərdən yararlanaraq ərəb ölkələrində də biznes imperiyası qurmağa çalışır.

Informasiya şöbəsi