İşıqğın olacağına dair qəsəbə sakinləri aldadılıb; polis etirazçılara qarşı qaba zora əl atıb
Aksiyanın dağıdılmasına Suraxanı rayon polis rəisi Məmməd Mikayılov şəxsən rəhbərlik edir. Verilən məlumatlara görə, polis rəisi şəxsən aksiyaçılardan birini, Qarabağ əlilini qəddarlıqla döyüb. 10 nəfərin həbs edildiyi deyilir.
***
Son xəbərlərə görə, əraziyə polis qüvvələri cəlb olunub. Polislər, qadın-uşaq, yaşlı-cavan demədən hamıya zorakılıq edərək aksiyanı dağtmağa çalışır. Polislərin həddən artıq zorakılıq etdiyi deyilir. Bununla belə sakinlər müqavimət göstərir, dağılışmaq istəmirlər…
***
Hövsanda işıq və qaz tələbi ilə bu gün axşam saatlarında yenidən aksiya başlayıb. İştirakçıların “Azadlıq”a verdiyi məlumata görə, aksiyada 2000 nəfərə yaxın adam iştirak edir: “Demək olar ki, bütün qəsəbə ayağa qalxıb, mərkəzi yol bağlanıb”.
Qəsəbə sakinləri artıq 4 gündür işıqsız qalmalarına etiraz edirlər. Elektrik enerjisinin verilməsi tələbilə onlar dünən də aksiya keçirmişdilər. Dünən rəsmi şəxslər aksiya yerinə gəlib, qəsəbənin işqıla təmin ediləcəyinə söz vermişdilər. Lakin bu gün işıq 4 saat yayandan sonra yenidən kəsilib.
Bu da qəsəbə sakinlərini yenidən etriaz aksiyası keçirməyə vadar edib.