
Suriyada fevralın 1-də oğurlanmış, ayın 6-da Türkiyəyə təhvil verilmiş 11 iranlının zəvvar yox, snayper olduğu bilinib.
“Media forum” saytının məlumatına görə, müxalif Suriya Azad Ordusu bəyanat yayaraq tutduğu iranlıların zəvvar olmadığını, Türkiyə rəsmilərinin xahişi ilə onları azadlığa buraxdığını bəyan edib: “Azadlığa buraxılan bu 11 İran vətəndaşı snayper olub. Onlar Suriyanın Hemah şəhərində müxaliflərə qarşı əməliyyat apararkən tutulublar. Biz həmin şəxsləri qardaş Türkiyənin xahişindən sonra azadlığa buraxdıq.
İran xalqına bir mesajımız var. Biz özümüzü İran xalqının qardaşı sayır, onlarla heç bir düşmənçiliyimizin olmadığını bildiririk. Bununla belə, İran hakimiyyətinin Bəşər Əsəd kimi bir cinayətkarın arxasında durmasına, ona yardım və dəstək verməsinə qarşıyıq”.


