İngiltərə yığma komandasının baş məşqçisi Fabio Kapello istefa verib
Qol.Az-ın məlumatına görə, buna səbəb Kapello ilə İngiltərə Futbol Federasiyası arasında son günlər yaşananlar olub.
Qeyd edək ki, Kapello İngiltərə yığmasının aparıcı oyunçusu Con Terridən kapitanlığın alınmasına qarşı çıxmışdı. O, federasiyanın Terri ilə bağlı çıxardığı qərara öz etirazını bildirmişdi.
İngiltərə Futbol Federasiyası ötən gün verdiyi açıqlamada Kapellonun istefa ərizəsini qəbul etdiklərini bildirib: “Kapellonun istefa ərizəsini qəbul etməyimiz düzgün qərar oldu. Ona İngiltərə yığma komandasına qarşı göstərdiyi xidmətlərə görə, minnətdarlığımızı bildiririk”.
İngiltərə yığmasının baş məşqçiliyinə ən real namizəd olaraq “Tottenhem”in çalışdırıcısı Harri Redknapın adı çəkilir.