Türkiyə Əsədə qarşı Qərb və ərəb ölkələrini bir araya gətirir

Suriyada hökumət qüvvələrinin mülki vətəndaşları qətlə yetriməkdə davam etdiyi bir vaxtda Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan Bəşar Əsədin istefasına çağıran Qərb və ərəb dövlətlərini bir araya gətirmək istəyir. Ərdoğan BMT-nin Əsədə qarşı qərarına etiraz edən Rusiyanın prezidenti ilə də bu məsələ barədə müzakirə aparmaq niyyətindədir (“Amerikanın səsi”).
Türkiyə mediasının bildirdiyinə görə, Ərdoğan hökuməti Qərb və ərəb dövlətlərinin nümayəndələri ilə yaxın zamanda İstanbulda konfrans keçirməyi planlaşdırır.