Fevralın 4-də Moskvada Rusiya müxalifətinin 120 minlik mitinqi ilə yanaşı hakim partiya “Vahid Rusiya”nın tərəfdarlarının baş nazir Vladimir Putinə dəstək aksiyasına qatılanlar aldadıldığını iddia edirlər. Putinin “dəstəkçiləri” mitinqdə iştiraklarına görə təşkilatçıların vəd etdiyi pulu ala bilmədiklərini deyirlər. Onların sözlərinə görə, təşkilatçılar aksiyaya qatılanlara 1500 rubl verəcəklərini vəd etsələr də hökumət “tərəfdarlarına” sadəcə 500 rubl ödənilib.
Xatırladaq ki, Moskvanın Poklonnoe qorı meydanında keçirilən baş nazirə dəstək mitinqinə 20 minə yaxın insan qatılıb. Hələ aksiya başlamazdan az sonra bəzi mitinqçilər onlara 1000 rubl verildiyini deyirdi.