“Eurovision”un rəsmi saytı səhvini düzəltdi

Ölkəmizlə bağlı yalnış məlumat yığışdırılıb

Bu il “Eurovison” musiqi yarışmasına ev sahibliyi edəcək ölkəmizlə bağlı www.eurovision.tv saytının təqdimatında tariximiz haqda yerləşdirilmiş yanlışlıq aradan qaldırılıb. Saytda Azərbaycanın kürd və fars əsilli insanların vətəni olması haqda məlumat yığışdırılıb.
Xatırladaq ki, bundan əvvəl www.eurovision.tv
saytında azərbaycanlıların türk yox, “azəri” millətinə mənsub olduğu deyilirdi:“Azərbaycanda qəbilə-tayfaların formalaşması b.e.ə üçüncü minilliyə təsadüf edir. Bunda Manna və Midiyanın nüfuzlu tayfa-qəbilələrinin üzvlərinin rolu olub. Midiya əhalisi hind-avropa kökənlidir və müasir kürdlərin əcdadlarıdır”.