Bakıda 13 dərəcə şaxta olacaq

Fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidrometeoroloji müşahidələrə görə, 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.

Fevralın 8-də gün ərzində güclü külək və şaxtalı hava şəraiti davam edəcək. Gündüz 4-6, axşam isə 10 dərəcəyədək şaxta olacaq.

Fevralın 9-da Bakıda yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Gecə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olması ehtimalı var.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 10-da arabir qar yağacağı gözlənilir. 10-u gündüz şimal-qərb küləyi yenidən güclənəcək.