ABŞ-da çəkilən “Möhtəşəm Türk” sənədli filmində ilginc məqamlar var
Atatürkün indiyə qədərki ən dəqiq səs qeydi Amerika Milli Arxivində tapılıb. 1958-ci ildə hazırlanan sənədli filmdə ilginc görüntülər də var.
“Möhtəşəm Türk” (The Incredible Turk) adlı film Türkiyənin Koreya müharibəsində ABŞ-ın yanında yer alaraq NATO üzvü olmasının ardından Amerika xalqına “bu yeni müttəfiq ölkənin” tanıdılması üçün çəkilib. Filmdə Atatürk və onun yaratdığı müasir ölkə haqqında məlumat verilir.
ABŞ Milli Təhlükəsizlik Şurası və Mərkəzi Kəşfiyyat İdarəsinin gizli arxivlərindən istifadə ilə hazırlanan filmin ən maraqlı hissəsi isə Atatürkün onunla görüşən ABŞ səfiri ilə keçirdiyi birgə mətbuat konfransıdır.
1927-32 illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Cozef Clark mətbuat mənsubları qarşısında Atatürkün yaratdığı müasir Türkiyəni Amerikanın ən əhəmiyyətli müttəfiqlərindən biri adlandırır və yanında onu diqqətlə dinləyən Mustafa Kamal haqda “Qazi” deyərək bəhs edir. Atatürk səfirin “Qazi Mustafa Kamal” ifadəsinə başı ilə salam qarşılığı verir. Səfir Atatürkün adının hər zaman inkişaf və modernləşmə ilə birlikdə anılacağını ifadə edərək türk millətinin yaddaşında sonsuza qədər yaşayacağını vurğulayıb.
Səfirdən sonra çıxış edən Atatürk sözlərinə “Türk milləti təbiəti etibarilə demokratdır” deyə başlayıb.