Xəzər Universiteti birinci oldu

“Webometrics”in elan etdiyi ali məktəblərin beynəlxalq reytinq siyahısında təhsil ocağı 6233-cü yeri tutub

Xəzər Universiteti yenə Azərbaycandan olan təhsil ocaqları sırasında dünya reytinq cədvəlində birinci yeri tutub. 2004-cü ildən ali məktəblərinin reytinqini elan edən Webometrics 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon Cacal tərəfindən yaradılıb.
2012-ci ilin yanvar ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23 000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə tədqiq olunub. Yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız bir universitet – Xəzər Universitəti yerləşib (6233-cü yer).
İkinci liqada (ikinci 1/3) ilk 3 yeri Qafqaz Universitəsi (7771), Bakı Dövlət Universiteti (8833), Azərbaycan Diplomatiya Akademiyası (8926) tutur. Burada Azərbaycanın 18 ali məktəbi yer alıb.
Üçüncü liqada (sonuncu 1/3) Azərbaycanın digər Universitələri ? 19 ali məktəb yerləşiblər.
Yüksək liqaya Azərbaycandan, təəssüf ki, yalnız bir ali məktəb ? Xəzər Universitəsi siyahıya düşdüyü halda, Gürcüstandan ? 10, Ermənistandan ? 5, Moldovadan ? 6, Belarusdan ? 16, Estoniyadan ? 14, Latviyadan ? 15, Litvadan ? 20, Qırğızıstandan ? 4, Qazaxıstan ? 20 ali məktəb daxil olub.
Azərbaycanın qonşuluğunda yerləşən dövlətlərdən Rusiyanın 288, Türkiyənin 112, İranın 59 ali məktəbi dünyanın ən yaxşı ali məktəbləri sırasındadır. Yüksək liqada ən çox təmsil olunan ölkələr ABŞ (1722), Çin (567) və Yaponiyadır (388).

İnformasiya şöbəsi