Sarkozi dirənib durub. “Nə yolla olur olsun, qondarma soyqırımı DANMA qanununu keçirəcəm” deyir. Bu yerdə mıxa keçən yalnız Türkiyə-Türklük deyil, indilik bundan qat-qat artıq Fransanın özüdür. Çağdaş dünyaya Özgürlük, Demokratiya, Qanunçuluq örnəyi olaraq tanınan Fransa!
Sarkozi indiki hikkəsiylə Fransanın sözügedən dünyalarca ünlü dəyərlərini ələ salır. Indi açıq-aydın görünür: Sarkozi ermənilər qarşısında öhdəlik götürüb. Bu öhdəliyin yerinə yetirilib-yetirilməməsi Sarkozi üçün Hamlet sorusuna, ölüm-dirim sorununa çevrilib. Sarkozi özü erməni mıxına keçib – o mıxdan qurtulmaq ondan ötrü olmaza çevrilib. Nə etməli: Türkiyənin-Türklüyün boynuna Sarkozi-erməni avantürasından qurtulmaq üçün mıxı mismar eləmək missiyası düşüb.
Türkiyənin-Türklüyün boynuna qondarma erməni soyqırımını DANMA qanununu TƏRSINƏ çevirmək BORCU düşür. Biz bu borcun altından uğurla, özü də triumfial uğurla çıxa bilərik. Necə? Sarkozi-erməni sorununa kompleks yanaşma yolu ilə. Kompleks baxışdan-yanaşmadan kompleks iş-çalışma planlamasına baş vurulmalı, kompleks planlama içində sarkozilər, ermənilik üzərinə gedilməlidir. Başqa cür desək, ortaya sistemli bir iş, bütöv, dolğun, sanballı çalışma-çarpışma PROQRAMI qoyulmalıdır. Ermənilər, ermənilik yüzillərdir bizim üzərimizə belə bir proqramla gəlir. Belə bir proqramla ermənilər, ermənilik bizi yüzillərdir yenməkdə, uğursuzluğa uğratmaqdadır. Belə bir proqram gücünə ermənilər, ermənilik Rusiyadan Amerikayadək dünyanın bir çox bölgələrində, bir çox ölkələrində qondarma erməni soyqırımına legitimlik qazandırıblar. Bu gün Fransa parlamentindən keçirilən DANMA qanunu ermənilərin qondarma soyqırımı dünyaya tanıtması yolunda sürdürdükləri sistemli çalışmaların ikinci fazası sayılmalıdır. Biz indiyədək etkili olaraq ermənilərin, erməniliyin qarşısına çıxmadığımızdan onlar, demək olar, arxayınçılıqla Fransadan – dünya demokratiyasının örnək olaraq baxdığı bir ölkədən yeni yola çıxıblar, ikinci faza çalışmalarına baş vurublar.
Ötən yüzilin ortalarında AŞ PA-nın Baltik respublikalarına Rusiya etkisini aradan qaldırmağa yönəlmiş qanunu çıxdı: Rusiyanın işğalı sonrası Baltik ölkələrində ortaya çıxan, Rusiyadan qaynaqlanan görsənişlər legitimlik daşımır. Bildiyimiz kimi, indi “Ermənistan” adlandırılan qondarma dövlət də Rusiyanın Qafqazı işğalından sonra Azərbaycan torpaqlarında qanlı qırğın, terror yolu ilə yaradılıb. Bu, azmış kimi, Rusiyaya arxalanan, Rusiyadan yardım alan ermənilər, ermənilik qanlı qırğın, terror yolu ilə Qarabağı da Azərbaycandan qoparmaq yolu tutub. Türkiyənin baş baxanı Ərdoğan Fransanın Afrikada törətdiyi soyqırım faktlarından danışır. Məncə, Türkiyə-Azərbaycan birliyi birbaşa sorunun kökünə – qondarma Ermənistan dövlətinin üzərinə getməli, çoxsaylı tarix faktlarından, eləcə də sözügedən AŞ PA qanunundan çıxış edərək bu dövlətin özünün legitim olmadığını, Azərbaycan-Türk torpağında qanlı qırğın, terror yolu ilə yaradılması faktını ortaya qoymalı, bu faktı bütün dünyanın tanımasına çalışmalıdır.
Türkiyə ilə Azərbaycan Qarabağ sorunundan yana “Ermənistana” blokada yaradıb. O başdan bu başa Rusiya ilə birlikdə ermənilərə, erməniliyə arxa duran Iran Islam Respublikası keçmiş erməni prezidenti Köçəryanın dililə desək, blokada boyunca “Emənistan” üçün nəfəslik rolunu oynamasaydı, indi tək Qarabağ yox, “Ermənistan” özü də ermənilikdən qurtulmuş olardı. Islam Iranının ermənilərə arxa durması, yardımçı olması faktına indiyədək göz yuman, susqun qalan Türkiyə-Azərbaycan birliyi ən azı, bundan sonra açıq diplomatiya yolu ilə Iranı tutduğu yoldan çəkindirməyə çalışmalıdır. Çağdaş diplomatiyada pulsuz iş görülmür – bunu bilməliyik! Elə Sarkozinin gözünü Kəlbəcər qızılının tutduğunu da bilməyimiz gərəkir.
Bu yazıda bilərəkdən YOL sözünü çox işlətdim. Yol gedən üçündür, getməyənin yolu olmaz.

Sarkoziləri – erməniliyi yenmək yolları
•