«Əziz Vlad! «Ərəb baharı» artıq sənin ətrafına qədər gəlib»
Məşhur amerikalı senator, 2008-ci ilin prezident seçkilərində Barak Obamanın əsas rəqibi olan və Rusiyaın baş naziri Vladimir Putinə qarşı sərt mövqeyilə diqqət çəkən Con Makkeyn növbəti dəfə Putinin “bostanına daş atıb”. O, “Twitter” sosial şəbəkəsindəki səhifəsində Vladimir Putini xəbərdar edib: “Əziz Vlad! ”Ərəb baharı” artıq sənin ətrafına qədər gəlib”.
Xatırladaq ki, senator bundan əvvəl də Rusiya baş nazirinə belə kinayəli mesajlar göndərmişdi. Makkeyn Liviya diktatoru Müəmmər Qəzzafinin üsyançılar tərəfindən öldürülməsindən Putinin ciddi narahatlıq keçirdiyini bildirmişdi. Putin isə cavabında Makkeyni “dəli” adlandırmışdı.


