Rusiyaxarici işlər nazirini Dəməşqdə xilaskar kimi qarşıladılar
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. “RİA” xəbər agentliyinin bildirdiyinə görə, Lavrov görüşdə Əsədə deyib: “Bütün ölkələrin liderləri məsuliyyətlərini dərk etməlidirlər. Sən məsuliyyətinin fərqindəsən”. Lavrov bildirib ki, Rusiya ərəb xalqlarının sülh və əminamanlıq içində yaçamasını istəyir, çünki bu onun mənafeyinə uyğundur.
Lavrov və onu müşaiyət edən nümayəndə heyətini Dəməşqdə küçələrə çıxarılmış kütlələr coşqulu ilə qarşılayıb.
***
Lavrov gizli tapşırıqla Suriyaya gedib
ABŞ ümid edir ki, Rusiya XİN rəhbəri Əsədi hakimiyyətdən getməyə təhrik edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 7-də rəsmi səfərlə Suriyaya gedib. O, yola düşməzdən əvvəl jurnalistlərə deyib ki, Dəməşqə Rusiya prezidenti Dmitri Medvedevin məktubunu aparır. Ancaq məktubun məzmununu açıqlamaqdan imtina edib. «Xarici siyasət və diplomatiya daha klassik yanaşma tələb edir. Əgər mən indi hər şeyi danışsam, onda getmək lazım olmaz. Mikrofon və KİV vasitəsilə unsiyyətə isə başqa ölkələr üstünlük verir», – deyə Lavrov bildirib.
Səfərdə Lavrovu Rusiya xarici kəşfiyyat xidmətinin rəhbəri, keçmiş baş nazir Mixail Fradkov müşaiyət edir.
ABŞ-da ümid edirlər ki, Lavrov Əsədə onun rejiminin hansı izolyasiyaya düşdüyünü başa salacaq və onu hakimiyyəti təhvil verib getməyə təhrik edəcək. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland dilə gətirib.
Lavrovun özü isə səfərdən əvvəl Moskvada Bəhreynli həmkarı Xaled əl Xəlifə ilə söhbət zamanı qeyd edib ki, Rusiyanın Suriya ilə bağlı mövqeyi dəyişilməz qalır: “Tələblər təkcə Əsəd rejiminə deyil, Suriya müxalifətinə qarşı da irəli sürülməlidir. Hardan qaynaqlanmasına baxmayaraq zorakılığa son qoyulmalıdır. Situasiyaya kənardan müdaxilə isə yolverilməzdir, daxili siyasi dialoq isə heç bir ilkin şərt olmadan başlanmalıdır”.
azadlıq.info