İran tarixində prezidentin parlamentə hesabata çağırılması ilk hadisədir
İran parlamenti prezident Mahmud Əhmədinejat qarşısında 8 martda parlament iclasına gəlmək tələbi qoyub. O, qanunverici orqanın suallarına cavab verməli olacaq. 1979-cu ildən bəri ilk dəfədir ki, İran prezidenti parlamentə çağırılır. Mühafizəkar millət vəkilləri Əhmədinejadı dini elitanın hakmiyyətini zəiflətməkdə, dövlət resurslarını ayrı-ayrı partiyaların təbliğat kampaniyasına xərcləməkdə ittiham edirlər. Xatırladaq ki,2 martda İranda parlament seçkiləri keçiriləcək.
Keçən il də oxşar qərar verilmişdi. Ancaq o zaman İran prezidenti qoyulan suallara yazılı cavab verməklə kifayətlənmişdi.
azadlıq.info


