İdmanın “Oskar”ı sayılan Laureus Spor mükafatlarının sahibləri müəyyənləşib
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Londonda keçirilən təntənəli mərasimdə 2011-ci ilin ən yaxşı idmançıları mükafatlandırılıb.
Keçən ilin ən yaxşı kişi idmançısı il ərzində 3 dəfə qızıl medal qazanmış serb tennisçi Novak Djokovic olub. Keniyalı yüngül atlet Vivian Cheruiot ilin qadın idmançısı mükafatını alıb. 2011-ci ildə uğurlarını yenidən təkrarlamağa başlamış 42 yaşlı qolfçu Darren Clarke əzminə görə mükafatlandırılıb.
Əlil idmançılar arasında protez ayaqları ilə məharətini ortaya qoymuş Güney Afrika Respublikasının idmançısı Oscar Pistorius fərqlənib.