cavid-ziya

Ziya Məmmədov məsuliyyəti Cavid Qurbanovun üzərinə atdı

Nazir keçirdiyi kollegiya iclasında yol idarələrinin müdirlərini sərt şəkildə danlayıb

Nəqliyyat naziri Ziya Məmmədov fevralın 4-də kollegiya iclası keçirib. “Azadlıq”a daxil olan məlumata görə, iclas əsasən nəqliyyat və yol təsərrüfatındakı problemlərə həsr olunub. Ziya Məmmədov çıxışında yol təsərrüfatındakı nöqsanlara xüsusilə toxunub.
Nazir ad çəkməsə də, nöqsanlara görə bütün məsuliyyəti “Azəryolservis” şefinin rəhbəri Cavid Qurbanovun üzərinə yıxıb. Ziya Məmmədov yol idarələrinin müdirlərini bir-bir ayağa qaldıraraq sərt danlayıb. Nazir deyib ki, onlara görə tənqidə məruz qalır. “Nə vaxta qədər sizə görə mənə söz gələcək. Yolu çəkəndə baxın necə çəkirsiniz. Bu gün yol çəkirsiniz sabah dağılır. Heç olmasa elementar etikanız olsun, nazirinizə hörmət edin, mənim hər dəfə gəldiyim yol bərbad gündədir. Mən bunu görürəm, siz görmürsünüz?!”, – deyə Ziya Məmmədov bildirib.
Məlumatlara görə, nazirin hiddətlənməsinin səbəbi qarlı havada yol təsərrüfatında yaranan problemlərə görə danlanması olub. Həmçinin “Azərbaycan” qəzetində bu barədə dərc olunan materiallar da naziri qəzəbləndirib.

Informasiya şöbəsi