Münhendə Əliyevi çətinə salan sıradan biri deyilmiş

Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik konfransı çərçivəsində “Enerji, resurslar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda təşkil olunan müzakirələr zamanı Azərbaycan prezidenti İlham Əliyevi əsəbiləşdirən çətin sualın müəllifi bilindi. “Turan” agentliyi xəbər verir ki, “Siyasi quruluşuna görə Mübarək devrilmədən öncəki Misirə çox bənzəyən Azərbaycana kapital yatırmağa dəyərmi” sualını səsləndirən Almaniyanın xarici siyasət və təhlükəsizlik institutunun rəhbəri Folker Pertes olub.