Klintonla görüşdəki bayrağı “rənglədilər”

“Trend” agentliyi İlham Əliyevin başı üzərində asılmış səhv bayrağa düzəliş edib

Bəlli olduğu kimi, ölkə başçısı İlham Əliyevin Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Hillari Klintonla görüşündə dövlət bayrağımız rəngləri təhrif olunmuş şəkildə asılıb. Bu, hətta Azərbaycan prezidentinin rəsmi saytında yerləşdirilmiş fotolardan da aydın görünür. Amma “Trend” agentliyi nədənsə, bu fakta belə demək olarsa, düzəliş vermək zərurəti duyub. Belə ki, agentliyin görüşdən yaydığı şəkildə bayrağımızın bütün rəngləri yerli yerindədir. Bəlkə də bunu həmkarlarımızın təəssübkeşlik hissi ilə əlaqələndirmək olar. Ancaq bayrağınmı, yoxsa ölkə başçısınınmı təəssübünü çəkiblər, bəlli deyil.

azadlıq.info