Milli Ordumuzun daha bir əsgəri qeyri-döyüş şəraitində dünyasını dəyişib. “ANS PRESS”in yaydığı məlumata görə, cəbhə bölgəsində, Ağdam rayonu Sarıcalı kəndində əsgər Mehman Ələsgər oğlu Əmiraslanov tabeliyindəki avtomat silahdan atəş açaraq özünü öldürüb.
M.Əmiraslanov 2011-ci ildə Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumatı təsdiqləyib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Daha bir əsgərimiz özünü öldürdü
•