Sumqayıtlı “Əl Qaidə” üzvü Pakistanda öldürüldü

Pakistanın Kurram vadisində fevralın 1-də təhlükəsizlik qüvvələrilə atışmada öldürülən “Əl Qaidə” üzvü 6 əcnəbi mücahidin arasında azərbaycanlı da olub. Bu barədə Pakistanın “dawn.com” xəbər saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qətlə yetirilən azərbaycanlı Sumqayıt şəhər sakini Zaur Aslanovdur. Onun üstündən tapılan foto və sənədlər vasitəsilə müəyyənləşdirilib ki, Zaur Aslanov 1981-ci il sentyabrın 25-də anadan olub. O, 2009-cu il martın 2-dən mayın 31-nə qədər Iranda səfərdə olub. Sənədlərdən aydınlaşır ki, 2009-cu il martın 26-da o, Iranın Astar şəhərinə daxil olub. Bu tarixdən sonra isə gizli fəaliyyətə keçib.
Mücahidin cibindən içində digər döyüşçülərlə birgə fotoları olan USB kart, Sudan valyutası, ABŞ dollarları və Pakistan pulları tapılıb.