2012-ci ildə Ictimai Palatanın fəaliyyətinin əsas məqsəd, hədəf və istiqamətləri
I. 2012- ci ildə İctimai Palatanın fəaliyyətinin əsas məqsəd və hədəfləri
1. 2012-ci ilin köklü dəyişikliklər ili olması, İP-nin “Demokratiyaya keçidin yol xəritəsi”ndə nəzərdə tutulmuş islahatlar proqramının reallaşdırılması (Hakimiyyətlə İctimai Palata arasında rəsmi siyasi dialoq mexanizminin qurulması, İP-nin iştirakı ilə xüsusi dövlət islahatlar orqanının yaradılması; siyasi amnistiya verilməsi, bütün siyasi və vicdan məhbuslarının azad edilməsi, onların mülki və siyasi hüquqları bərpa edilməsi, siyasi mühacirətdə olan şəxslərin ölkəyə qayıtmasına təminat verilməsi; KİV-lərdə və ilk növbədə televiziya kanallarında cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnun ədalətlilik prinsipini əsas götürülməklə təmin edilməsi, müxalifətin televiziyaya çıxışını təmin etmək üçün xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi; sərbəst toplaşmaq azadlığına qoyulmuş yasaqların qaldırılması, Azadlıq meydanı kütləvi aksiyalar üçün açılması; hazırkı dövlət başçısı İ.Əliyevin növbəti prezident seçkilərində iştirak etməyəcəyinə təminat verilməsi; İqtisadi-maliyyə amnistiya və leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına, iqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılandırılmasına təminat verilməsi; növbəti prezident seçkilərinə qədər seçki məcəlləsinin demokratikləşməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi müxalifətin və beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə alan dəyişikliklər edilməsi, seçki komissiyalarının hakimiyyət və müxalifətin paritet əsasda təqdim etdikləri namizədlərdən formalaşdırılmasın nəzərdə tutan seçki islahatının aparılması, qarışıq (majoritar -50% və proporsional – 50%) seçki sistemi əsasında Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi və s.) əsasında siyasi rejim dəyişikliyinə nail olmaq İctimai Palatanın fəaliyyətinin əsas məqsədidir.
2. Avtoritarizm əleyhinə, köklü demokratik dəyişikliklər, azadlıqlar, və ədalət uğrunda dinc, ardıcıl, çoxsaylı kütləvi aksiyalar (mitinq, nümayiş, piketlər) formasında ümumxalq etiraz hərəkatının hazırlanması, təşkili və həyata keçirilməsi 2012-ci ildə İP-nin fəaliyyətinin başlıca hədəfini təşkl edir.
II. 2012-ci ildə Ictimai Palatanın fəaliyyət istiqamətləri
3. Kütləvi aksiyaların keçirilməsi sahəsində:
3.1. Kütləvi aksiyalar ideyasının təbliği,
3.2. Kütləvi aksiyaların ideoloji, psixoloji, siyasi və təşkilati-texniki əsaslarının yaradılması.
3.3. Ərazi, sahə, təşkilatlar üzrə strukturlaşdırılmış və mərkəzləşdirilmiş İP ümumrespublika və regional mitinq komitələrinin yaradılması.
3.4. Kütləvi aksiyaların hazırlanması, təşkili və həyata keçirilməsi .
4. Demokratik qüvvələrin birliyinə nail olunması sahəsində.
4.1. Demokratik Qüvvələrin köklü demokratik dəyişikliklər uğrunda mübarizə naminə İP- da təşkilatlanması və birləşməsinin davam etdirilməsi.
4.2. Ölkənin köklü demokratik dəyişikliklər uğrunda çıxış edən bütün ictimai siyasi qüvvələri ilə dialoqun qurulması və real əməkdaşlığı mexanizmlərinin yaradılması sahəsində iş aparılması.
4.3. Avtoritarizmə və onun siyasi əsası olan mövcud rejimə qarşı çıxış edən bütün qüvvələrlə birgə müzakirələr, kütləvi aksiyalar, məsləhətləşmələr və s. vasitələrlə əməkdaşlıq edilməsi.
4.4. Milli və beynəlxalq hüquq müdafiə təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi. Yeni vətəndaş cəmiyyəti təşkilatlarının yaradılmasına yardım göstərilməsi.
4.5. Din və vicdan azadlığı naminə fəaliyyət göstərən inanclı insanlar qurumları ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi.
5. Gənclər hərəkatları ilə əlaqələr sahəsində.
5.1. İP-nin bütün səviyyələrdəki təşkilat strukturlarında gənclik qollarının yaradılması və gücləndirilməsi. Ali və ixtisas təhsil müəssisələrində İP üzvləri şəbəkəsinin formalaşdırılması.
5.2. İP üzvü olan gənclərin müstəqil gənclər təşkilatlarında və gənclərin internet sosial şəbəkələrində fəal iştirakının təmin edilməsi.
5.3. Müstəqil gənclər təşkilatlarının yaranması və möhkəmlənməsinə yardım göstərilməsi.
6. Siyasi maarflənmə, təbliğat və intellektual fəaliyyət sahəsində.
6.1. Dəyirmi masaların, konfransların, dinləmələrin və s. tədbirlərin müntəzəm olaraq keçirilməsi.
6.2. İP Analitik Mərkəzinin yaradılması və fəaliyyətinin təşkili.
6.3. Konstitusiya islahatı və qanunvericilik sahəsində fəaliyyətin davam etdirilməsi. Daxili və xarici siyasət istiqamətləri üzrə konsepsiyaların, proqramların hazırlanması.
6.4. İP-nin çevik informasiya siyasətinin qurulması.
6.5. Azərbaycan insanına və cəmiyyətinə İP-nin qurucu, yaradıcı, yenilikçi, inkişafa və tərəqqiyə yönəlik, müasir dövrün çağrılarına adekvat cavab verən elmi proqram və konsepsiyalara malik siyasi obrazının təqdim olunmasını təmin edən piar tədbirlər həyat keçirmək.
7. Təşkilatlanma sahəsində.
7.1. Regional təşkilatların yaradılmasının başa çatdırılması.
7.2. Sahələr və təşkilatlar üzrə təşkilatlanmanaın başlanması.
7.3. Xarici büroların yaradılmasının davam etdirilməsi və sürətləndirilməsi.
7.4. İP Komissiyaları, komitə və işçi qrupların yaradılmasının əsasən başa çatdırılması.
7.5. İP icra aparatının yaradılması.
7.6. Təşkilatlanmanın müasir kommunikasiya vasitələrindən istifadə edilməklə internet sosial şəbəkələr formasının geniş tətbiqi.
8. Parlament və prezident seçkilərinə hazırlıq sahəsində.
8.1. İP-nin parlament və prezident seçkilərində iştirakı konsepsiyasının hazırlanması,
8.2. Parlamentə və prezidentliyə namizədlərin müəyyən edilməsi prosesi barədə müzakirələrin başlanması.
8.3. Aşağıdan yuxarı bütün ierarxiya üzrə ölkə idarəçiliyinin kölgə strukturlarının yaradılması konsepsiyasının hazırlanması və formalaşdırılmasına başlanması.
8.4. Dövlət strukturlarında çalışan professional kadrlara yönəlik konsepsiyanın hazırlanması və ictimailəşdirilməsi.
Siyasi repressiyaların və korrupsiya sisteminin təşkilatçıları və fəal iştirakçıları istisna olmaqla, bütün idarəçi və icraçı professional kadrların fəaliyyətlərinin stimullaşdırılmasına, onların peşə və sosial şəraitlərinin yaxşılaşdırılmasına xidmət edəcəyi yöndə təbliğatın və təşviqatın aparılması.
8.5. Yeni seçki qanunu üzərində işin davam etdirilməsi
8.6. İP-nin bütün səviyyələr üzrə gölgə seçki komissiyalarının təşkili. Mərkəzi, dairə və məntəqər üzrə seçki komissiyalarının formalaşdırılmasına başlanması və əsasən başa çatdırılması.
9. Vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində.
9.1. İP-nin siyasi və vicdan məhbuslarının azad olunması üçün bütün qanuni vasitələrdən istifadə etməklə mübarizənin genişləndirilməsi və gücləndirilməsi.
9.2. Siyasi repressiyaya aktlarına qarşı müdafiə mexanizmlərinin möhkəmləndirilməsi və genişləndirilməsi.
9.3. Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının və sosial hüquqlarının müdafiəsinə yönəlik işlərin davam etdirilməsi və genişləndirilməsi.
10. Qarabağ və işqal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizə sahəsində.
10.1. Qarabağ problemi ilə bağlı ümumi milli mövqe nümayiş etdirilməsi.
10.2. Hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranları və digər zümrələrin təmsilçilərinin iştirakı ilə Qarabağ qurultayının keçirilməsi istiqamətində işin davam etdirilməsi.
11. Beynəlxalq təşkilatlar və xarici diplomatik missiyalarla əlaqələr sahəsində.
11.1. Beynəlxalq təşkilatlar və xarici diplomatik missiyalarla kontaktların davam etdirilməsi və intensivləşdirilməsi.
11.2. İP xətti ilə beynəlxalq təşkilatların və diplomatik missiyaların iştirakı ilə birgə tədbirlərin keçirilməsi. İP nümayəndələrinin xaricdə keçirilən bu tipli tədbirlərdə iştiraklarının təmin edilməsi.
11.3. Beynəlxalq aləmdə İP-nin Azərbaycanda alternativ siyasi tendensiya, proqram, qüvvə və komanda olması haqqında təsəvvürlərin formalaşdırılması və aydınlaşdırılması və konkretləşdirilməsi üçün kompleks təbliğat tədbirlərinin həyat keçirilməsi.
11.4. İP-nin beynəlxalq qurumlarda və təsisatlarda hüquqa uyğun nümayəndəliklərinin və təmsilçiliklərinin taradılması.
12. İP fəaliyyətinin Maliyyə probleminin həll edilməsi üçün qanuni səylər göstərilməsi.
13. İctimai Palatanın (İP) 2011-ci il üçün Fəaliyyət Proqramında bu sənədlə ziddiyyət təşkil etməyən işlərin və tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi və başa çatdırılması.
04 fevral 2012-ci il