Fevralın 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 sutka inzibati həbs cəzası almış Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Tural Hacıbəyli və Amid Süleymanov fevralın 3-də azadlığa çıxıblar. Məlumatı “Media forum” saytına Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli verib.
Tural Hacıbəyli və Amid Süleymanovu polis yanvarın 31-də İranın Bakıdakı səfirliyinin önündə saxlayıb və gəncləri polis içkili halda səfirliyin binasına girməyə cəhddə ittiham edib. Tural Hacıbəyli və Amid Süleymanov yanvarın 31-i axşamdan polis bölməsində saxlanıblar, fevralın 1-də isə onların işi məhkəməyə verilib.