Bəzi nazirlər prezidentə müxalif mövqe tutdu; layihəylə bağlı Konstitutsiya Şurasnın toplantısının vaxtı bilindi
Fransa Konstitusiya Şurasının Senatda qəbul olunan “erməni soyqırımı”ni inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsiylə bağlı etiraz müraciətinə fevralın 29-u və martın 1-də baxacağı gözlənilir. Hökumətin də etiraz etməməsi halında şura qanunla bağlı dəyərləndirmə toplantısını bu məqsədlə ayrılmış müddətin sonuna qədər davam etdirmək niyyətindədir.
Dolaşan məlumatlara görə, qanunla bağlı hazırlanacaq hesabatdan sonra Konstitusiya Şurasının üzvləri hökumətin qanunlar və qərarlar üzrə rəsmisi ilə görüşəcək. Şuraın qərar verməsi üçün 9 üzvdən ən azı 7 üzvün səs verməsi lazımdır. Şura qərarı səs çoxluğu prinsipi ilə qəbul edəcək. Konstitutsiya Şurasının üzvü keçmiş prezident Jak Şirakın səhhətiylə bağlı səsverməyə qatılmayacağı söylənilir.
Konstitusiya Şurasının inkar qanunuyla əlaqədar qərarını fervalın 29-da və ya martın 1-də verməsindən sonra hökumətin təkrarən parlamentə yeni bir qanun təklif etməsi üçün bir həftə vaxtı qalır. Əlavə edək ki, Fransa prezidenti Nikola Sarkozi nazirlər kabinetinin toplantısı zamanı Konstitusiya Şurasının inkar qanununu ləğv edəcəyi təqdirdə yeni bir qanun layihəsi təqdim olunacağını bildirib.
Digər yandan inkar qanunu Sarkozi hökumətində parçalanma yaradıb. Prezidentə ölkənin xarici işlər naziri Alan Jupe, əkinçilik naziri Bruno Le Mayre və mədəniyyət naziri Frederik Mitterran müxalif mövqedə dayanıblar. Fransız-İsrail dostluq qrupunun üzvlər ilə səhər yeməyi mərasimində bir araya gələn Jupe yanında əyləşənlərə qanunla bağlı danışmamaq tapşırığı aldığını söyləyib.
Fransanın ən tirajlı qəzeti “Le Monde”nin yazdığına görə, xarici işlər naziri yanında əyləşənlərə “Bir baxan fikir ayrılığı olduğu zamanya çənəni bağlamalı ya da vəzifəndən getməlisən. Mən çənəmə bağlamaq məcburiyyətindəyəm” deyib. Alan Jupe beynəlxalq arenada “imtina edilməz oyunçu” olaraq gördüyü Türkiyə ilə əməkdaşlığın güclənməsinin tərəfdarı olduğunu bird aha təkrarlayıb.
İnformasiya şöbəsi