Başbuğa ömürlük həbs istənildi

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, istefada olan ordu generalı İlkər Başbuğ haqqındakı ittiham aktı tamamlanıb. Türkiyə KİV-in  məlumatına görə, ittiham aktında İlkər Başbuğ üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istənib.

İlkər Başbuğun fevralın 9-da məhkəmə qarşısına çıxması gözlənilir. İlkər Başbuğun Ədalət və İnkişaf Partiyası hökuməti əleyhinə qara piar aparılması məqsədilə internet saytlarının yaradılmasına və xəbərlərin yayımlanmasına icazə verdiyi iddia edilir. Keçmiş Baş Qərargah rəisi haqqındakı iddiaları rədd edir.