QOÇ
Qarşınıza böyük məqsədlər qoyacaqsınız. Amma təəssüf ki, tez təslim olursunuz. Zəif tərəflərinizə qalib gəlməyə çalışarkən sağlam həyat tərzini unudursunuz, düzgün qidalanmaya riayət etmirsiniz. Bir çox “Qoç”ları romantik münasibət gözləyir.
BUĞA
Işgüzarlıq baxımından çətin gün olacaq. Günün əsas hissəsini münasibətlərin aydınlaşdırılmasına həsr edəcəksiniz. Bu gün qadınlarla iş birliyi qurmayın, xüsusilə də müdiri xanım olan “Buğa”lar üçün çətin olacaq. Gəliriniz olacaq və siz həmin pulu ailə ehtiyacları üçün xərcləyəcəksiniz.
ƏKIZLƏR
Gün məhsuldar olacaq. Intellektual potensialınız yüksək səviyyədədir. Bu üzdən də gözlənilməz ideyalarınızın, cəsur planlarınızın olacağı bildirilir. Istənilən görüş, müxtəlif səpgili işgüzar, yaxud da şəxsi xarakterli məsələlərin müzakirəsi üçün münasib gündür. Hamı ilə dil tapacaqsınız.
XƏRÇƏNG
Narahat və gərgin gündür. Ətrafdakılar şəxsi problemlərini açıqlamaqla sizdən diqqət tələb edəcəklər. Nəticədə siz öz işinizdə diqqətinizi cəmləyə bilməyəcəksiniz. Günün ikinci yarısında situasiya yaxşılığa doğru dəyişəcək. Siz həmin vaxtdan etibarən özünüzü daha arxayın və rahat hiss edəcəksiniz.
ŞIR
Sizə elə gəlir ki, yığılıb qalmış problemləri asanlıqla həll edəcəksiniz. Lakin bu, illüziyadır. Istədiyinizə çatmaq üçün dayanmadan işləməlisiniz. Nə qədər tez işə girişsəniz, bir o qədər yaxşı nəticə əldə edərsiniz. Günün ikinci yarısında ətrafdakıların təsiri altına düşəcəksiniz.
QIZ
Xırda özbaşınalıqlar, anlaşılmazlıqlar ola bilər. Siz əhatənizdəki atmosferin gərginliyini hiss edəcəksiniz. Ətrafınızdakılar sizə bəlli olmayan səbəb üzündən əsəbiləşəcəklər. Axşama doğru vəziyyət dəyişəcək və sizi narahat edən suallara cavab tapacaqsınız.
TƏRƏZI
Gün xoş ünsiyyət, maraqlı tanışlıq, həyatınızda baş verə biləcək ümidverici dəyişikliklə zəngin olacaq. Siz yeni tanışlarınız barədə düzgün fikirdə olacaqsınız. Işə gəldikdə isə siz gündəlik problemlərinizi həll etməklə, sanki işinizi yola verəcəksiniz. Müdiriyyət isə sizin bu cür yanaşma tərzinizdən narazı qala bilər.
ƏQRƏB
Gün istənilən diplomatik fəaliyyət üçün məhsuldardır. Ətrafdakılarla əlaqənizə gəlincə, burada paradoksal situasiyadır. Qarşınızdakı şəxs nə qədər sizə yaxındırsa, onu anlamaq bir o qədər çətin olacaq. Bir sözlə, başqalarıyla müqayisədə sevdiklərinizlə dil tapa bilməyəcəksiniz.
OXATAN
Xırda anlaşılmazlıqlar işləməyə mane olacaq. Böyük ehtimalla ailə üzvlərinizlə dalaşacaqsınız. Yaxınlarınızın sizi anlamamasına qəzəblənəcəksiniz və nəticədə neqativ emosiyalara azadlıq verəcəksiniz. Bürcün gənc nümayəndələrinin səfeh addım atacaqları gözlənilir.
OĞLAQ
Günün birinci yarısı sakit keçəcək. Bunu nəzərə alaraq, yaxşı olar ki, vacib məsələləri bu vaxt yoluna qoyasınız. Əgər müttəfiqiniz təcrübəli şəxsdirsə və siz ondan nələrisə öyrənmək istəyirsinizsə, onda bu gün bu şərikli iş uğur gətirəcək. Maliyyə məsələlərinin müzakirəsi arzuedilməzdir.
DOLÇA
Bugünkü hadisələr sizin özünüzü necə aparmağınızdan asılı olacaq. Məsələn, əgər bu gün özünüzə inamınız azdırsa, onda emosiyalar ağlınıza qalib gələcək. Səhhətinizə də fikir verməyiniz məsləhətdir. Adi soyuqdəymə ağır fəsadlar verə bilər.
BALIQLAR
Çətin işlər və riskli layihələr məsləhət deyil. Vacib problemləri təxirə salsanız, yaxşı olar. Fitnələrə uymayın, məkrli hiylələrə aldanmayın. Günün ikinci yarısında neqativ tendensiyalar görünməyəcək. Siz şən və həyatsevər olacaqsınız.