Tomas Edison adına Amerika muzeyi XIX əsr Almaniya kansleri Otto fon Bismarkın səs yazısını internetdə yerləşdirib. 100 il ildir ki, heç kəs onun səsini eşitməyib. Səs yazısı ilk dəfə 1889-cu ildə ixtiraçı Tomas Edisonun işçiləri tərəfindən mum silindirdə qeyd edilib. Bir il sonra Bismark məzuniyyətə gedib, doqquz il sonra vəfat edib. Mum silindr 1957-ci ildə Edison muzeyinin anbarında yeşiklərin birində tapılmışdı. İndi isə rəqəmli formata salınaraq internetə yerləşdirilib. Səs yazısında Bismarkın səsi pis eşidilir, ancaq onun şer, mahnı oxuduğu və oğluna xitab etdiyi anlaşılır. Anidən Bismark Fransanın himni “Marselyeza”nın ilk misralarını oxuyur.
Kanslerin səsindən başqa muzey işçiləri Frederik Şopenin bəstəsində alman və macar mahnıları olan 16 mum silindr aşkarlayıblar.