Çobanın arxasından Kərəm Həsənov çıxdı

Zülfüqarlılara məxsus zavodu komitə sədrinin müavininin sürücüsü «alıb»

Iş adamları Nurəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus zavodun yeni “sahibi” Mehdi Ağayev əmlak məsələləri üzrə dövlət komitəsinin sədr müavini Rüstəm Şahbazovun sürücü imiş.
Bu fakt Xətai Rayon Məhkəməsində Zülfüqarlı qardaşlarının təsisçisi olduğu “Birlik” MMC-yə məxsus “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının qanunsuz yolla və zorakılıqla əllərindən alınması ilə bağlı iddiaları üzrə prosesdə bəlli olub.
Mahir Ağayev özü məhkəməyə gəlməyib. Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov Mahir Ağayevin mütləq şəkildə məhkəmədə iştirakının təmin olunmasını istəyib. Daha sonra vəkil Aslan Ismayılov bildirib ki, Mahir Ağayev Kərəm Həsənovun işçisidir, onun müavini Rüstəm Şahbazovun sürücüsüdür.
Xatırladaq ki, zavodun bundan əvəlki “sahibi” Gəray Məmmədov çoban idi. Mahir Ağayev həm də onun qohumudur.