Bərdədə Nizami Gəncəviyə qarşı həqarət olub. Bu faktı “Azərbaycan” qəzeti üzə çıxarıb. Qəzet yazır ki, 4 il əvvəl Bərdədə abadlıq işləri bəhanəsilə Nizami Gəncəvinin rayon mərkəzindəki heykəli götürülüb.
Sakinlər bu addıma etiraz edərkən isə bildirilib ki, heykəl tezliklə daha abad bir məkanda qoyulacaq. Lakin hələ də heykəl 18 nömrəli yol istismar idarəsinin qarajında saxlanılır. Özü də şəkildə gördüyünüz vəziyyətdə.
Bərdədə Nizami Gəncəviyə həqarət
•