Beş rayonun polis rəisi dəyişdirildi

Daxili işlər naziri Ramil Usubov rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi ilə bağlı sərəncam imzalayıb.

Ramil Usubovun əmri ilə Yardımlı rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli Ağcabədi rayonuna rəis təyin edilib. Ağcabədi RPŞ-nin rəisi Təhmasib İbrahimov isə Beyləqan rayonuna göndərilib. Suraxanı rayon 30-cu polis bölməsinin rəisi Fəqan Azadəliyev Yardımlı rayonuna rəis təyin edilib. Gədəbəy RPŞ-nin rəisi Şirzad Əsgərov Göygöl, Göygöl RPŞ-nin rəisi Məhərrəm Quliyev isə Gədəbəy RPŞ-ə təyinat alıb.