İsa Qəmbər Kamal Kılıçdaroğlu ilə görüşüb

Müsavat başqanı Türkiyə səfərindən qayıdıb

Müsavat Partiyasının başqanı İsa Qəmbər bu gün səhərə yaxın Türkiyə səfərindən qayıdıb. İki gün davam edən səfərində o, Türkiyə Böyük Birlik Partiyasının qurultayına qatılaraq çıxış edib, Türkiyənin siyasi partiya liderləri, ictimai təşkilatları və media təmsilçiləri ilə bir sıra görüşlər keçirib. Belə görüşlərdən biri yanvarın 30-da Türkiyənin ana müxalifət partiyası olan CHP lideri Kamal Kılıcdaroğlu ilə olub.
İ.Qəmbər Ankarada bu gün doğum günü olan Cümhuriyyətimizin banisi Rəsulzadənin qəbrini də ziyarət edib.