Madam Fransa, bacı Ermənistan…

Erkək Türkiyə və bir də ürkək Azərbaycan

Fransa Türkiyəyə yönəlik nakişilik etdi. Zatən, mən Fransadan başqa bir addım gözləmirdim. Nədən ki, Fransa deyəndə adamın yadına öncə fransız madamları düşür. Sonra fransız konyakı, fransız şərabı, fransız ətiri gəlir. Və bir də Nobel mükafatı almış fransız yazıçısı Andre Jidin “fransız üçün sifilis və Şərəf Legionu Ordeni qazanmadan orta yaş həddinə çatmaq mümkün deyil” kəlamı yada düşür. Qoy, bu məşhur aforizmin açması ilə Fransanın qardaş Türkiyəyə qarşı düşmənçilik hərəkətindən sonra ağzına su almış bəzi ziyalılar, deputatlar, yekəqarın və boynuyoğun məmurlar məşğul olsun, keçək, fransızlara daim yuxarıdan aşağıya baxmağı adət etmiş ingilislərin Fransa barədə dediklərinə. “Onlara bel bağlamaq olmaz, gündüz müsyö siyasəti aparmalarını gözə soxmağa cəhd edirlər, gecə isə özlərini madam kimi aparırlar”. Öz aramızdır, ingilislərin yumor hissi gerçəkdən yüksəkdir…
Madam Fransaya da Ermənistan qədər güvənən ikinci bir dövlət ola bilməz və bunun səbəbləri var. Ermənistanı prezident Sarkozi Fransanın bacısı adlandırıb, yəqin bundan xəbəriniz olar. Gerçəkdən orijinal səslənişi var: Bacı Ermənistan! Ermənistan Fransanın bacısı olaraq ona sığınır, bu bir səbəb. Digər bir səbəb isə onları daha da yaxınlaşdırır. Ermənilərin naqisliyi haqqında yüzlərlə nümunə göstərmək olar. Fəqət, bu millətin bir maraqlı xəstəliyi barədə yazmaqla kifayətlənəcəm. Tibbdə “erməni xəstəliyi” deyilən bir məfhum var. Bağırsaq xəstəliyinin nadir forması olan bu xəstəliyə cümlə dünyada yalnız ermənilər mübtəla olurlar. Xəstəlik vadar edir ki, Ermənistanda yaşayan hər bir erməni gün ərzində 20-30 dəfə ayaqyoluna üz tutsun. Indi özünüz fikirləşin, orqanları xəstə olan fransız və erməninin bir-birinə olan sevgisini. Onlar birləşməyə məhkumdur, əslində. Və birləşdikdən sonra Türkiyəyə qarşı çıxmaları da təbiidir. Nədən ki, orası ERKƏK Türkiyədir. Anatomik orqanları xəstə olan bu iki millətin digər bir dövləti yox, məhz Türkiyəni seçmələrinin məlum səbəbləri var. Bir ilginc nüansa diqqət yetirin. Etiraf edək, soy-kökü olan fransızlar soysuz ermənilərdən qat-qat ağıllıdır. Və bilirlər ki, Avropa Birliyinin qapısı Türkiyənin üzünə açılsa, bir-iki il içərisində ən azı bir milyon erkək türk Fransanı “işğal” edəcək. Bu işğalın Fransanın demoqrafik göstəricilərinə müsbət təsiri olacaq. Mümkündür ki, Fransada doğum prosesi misli görünməmiş səviyyəyə çatsın. Qısır fransız kişisi madamlarını qorumaq üçün Türkiyənin qarşısında əngəl olmağa səy göstərir.
600 il türkün Avropaya meydan oxumasından əndişələnir madam Fransa və elə bu səbəbdən də senatda erməni bacılarını dəstəkləyən qərar qəbul edir. Bu qərarın qos-qoca Türkiyə dövlətinə heç bir ziyanı olmayacaq, bunu bəri başdan deyirəm. Nədən ki, erkək Türkiyə Fransadan da güclü dövlətlər qarşısında dayanmaq iqtidarındadır. Fransızlar da daxil bütün dünya TÜRK millətinin gücünə bələddir. Və regionda deyil, dünyada söz sahibinə çevrilməkdə olan Türkiyənin qarşısında kimsə əngəl ola bilməz.
Özü də Türkiyə özünə yönəlmiş hücumlara təkbaşına cavab vermək iqtidarındadır. Bunu da hər kəs bilir. Azərbaycanda da bilməyən yoxdur bunu. O Azərbaycanda ki, iqtidarda olanlar ürkəklik nümayiş etdirməklə “Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir” deyən o böyük insanın – Qazi Mustafa Kamal Paşanın ruhunu incidirlər.
Böyük TÜRK ağacının bir qolunun Türkiyənin bugünkü durumunda ÜRKƏK olması, təbii ki, iqtidarda olanların başını uca edə bilməz. Azərbaycan türkü isə Türkiyənin yanındadır. Və yanında olacaq da. Bunu ürkək iqtidarın da, madam Fransanın da, bacı Ermənistanın da anlaması lazım. Bunu Türkiyə Ermənistanla sərhəd qapısını açmaq istərkən haray-həşir salan, saçını yolan, Ankaraya minnətçi göndərən, fəqət bu gün lal olanların da anlaması lazım. Əmin olun, XXI əsr TÜRK əsri kimi tarixə keçəcək. Var olsun Türkiyə!