“Kurtlar Vadisi” heyəti məhkəmə qarşısında

16 saylı İstanbul Ağır Cəza Məhkəməsində aparılan məhkəmə işində “Kurtlar Vadisi” heyəti şahid qismində ifadə verəcək
Mühakimə edilən jurnalistlər Nedim Şener, Ahmet Şık və Soner Yalçının “Oda TV” məhkəmə işində, “Kurtlar Vadisi” teleserialının ssenari mövzularının “Ergenekon”la əlaqəsinin olub-olmadığı araşdırılacaq.

“Habertürk”ün məlumatına görə, “Oda TV” işində məhbus kimi saxlanılan MİT (Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı-red.) nümayəndəsi Kaşif Kozinoğlu hakim qarşısına çıxarılmasına 10 gün qalmış Silivri həbsxanasında anidən ölmüşdü. Ölüm səbəbi kimi həddən artıq idman nəticəsində infarkt göstərilmişdi. Kozinoğlu ölmədən əvvəl Kurtlar Vadisi serialında həbsxanada MİT nümayəndəsinin dərmanla öldürülməsi səhnəsi göstərilmişdi. Mühakimə edilən jurnalist Soner Yalçının illər əvvəl “Kurtlar Vadisi” serialı ilə bağlı şəxs olması diqqəti serial üzərində cəmləşdirdi.
Martın 12-nə qədər təxirə salınan məhkəmə prossesində serialın prodüseri Raci Şaşmaz, Polad Alemdar rolunun qəhrəmanı Necati Şaşmaz və ssenaristlərin dindiriləcəyi məlum olub.
İnformasiya şöbəsi