Şərqi Avropa ölkələrində şaxtalı hava səbəbi ilə 36 adam həlak olub.
Şərqi Avropa ölkələrində şənbə günündən bəri soyuq hava şəraiti səbəbi ilə 36 adam həlak olub.
Milli.Az “Amerikanın səsi”nə istinadən bildirir ki, bəzi bölgələrdə temperaturun -30 dərəcədən də aşağı düşəcəyi proqnozlaşdırılır. Ukraynada əsasən evsizlər olmaqla 30 adam, Polşada 10 adam dünyasını dəyişib.
Serbiyada 3, Bolqarıstanda isə 1 adamın həlak olduğu bildirilir. Bir çox bölgələrdə “narıncı kod” elan edilib.


