İsrailin İrana hücum edəcəyi tarix açıqlandı

İsrailli məşhur jurnalist Ronen Bergman İsrailin bu il İrana mütləq hücum edəcəyini bildirib. Onun sözlərinə görə, İranın nüvə proqramının sülh məqsədi daşıdığına inanmayan İsrail bu dövlətin nüvə silahı əldə etməsini öz mövcudluğuna təhdid olaraq qiymətləndirir.

Bergmana görə, hücum qərarının alınma mərhələsində müdafiə naziri Ehud Barak açar əhəmiyyətli 3 problemin cavablarına görə hərəkət edəcək. O, əməliyyata İranın nüvə təsislərinə hücumun onun proqramını geri atacağına, qaçılmaz əks-hücumun İsrail xalqına zərər vurmayacağına, ABŞ-ın dəstəyinə əmin olandan sonra qol qoyacaq.

Bergman bildirib ki, hücum ABŞ-dakı prezident seçkiləri ərəfəsində baş tuta bilər (musavat.com).