İlk dünya gözəli İstanbulda dəfn edildi

İlk dünya gözəli İstanbulda vəfat edib. “Hürriyet” qəzeti xəbər verir ki, 1932-ci ilin iyulunda Belçikada ilk dəfə 28 ölkənin təmsilçisinin iştirakı ilə keçirilən gözəllik müsabiqəsinin qalibi olmuş abxaz əsilli Keriman Halis Ece Tamer ürək çatışmazlığından dünyasını dəyişib.
99 yaşında dünyadan köçən Keriman Halis yanvarın 30-da İstanbulda dəfn edilib. Dəfn mərasimində mərhumun qardaş və bacıları, oğlu, qızı, kürəkəni, nəvəsi və digər qohumları, eləcə də ailənin yaxınları qatılıb.
Türkiyə prezidenti Abdulla Gül Keriman Halisin  vəfatı ilə başsağlığı verib və bunları deyib: “Türkiyəni gözəllik müsabiqəsində uğurla təmsil edən və Atatürk tərəfindən Ece (kraliça – red.) soyadı verilən Keriman Xalis həmişə hörmətlə anılacaq”.