Fransanın ən tirajlı qəzetlərindən biri “Le Monde” Senatda qəbul olunan “soyqırım”qanunu ilə bağlı rəy sorğusu keçirir. Online səsvermədə qanuna 4 münasibətdən birini seçmək təklif olunur. Sorğu belədir:
Sizə görə bu qanun layihəsi:
Fransanın əzəmətini göstərir;
Fransanın eyibidir;
Heçbiri;
Bilmirəm.
İndiyə olan nəticələrə görə, respondentlərin 70 faizə yaxını inkar qanunun qəbul olunmasını Fransanın eyibi sayır.
Sorğuda iştirak etmək istəyənlər bura daxil ola bilərlər:SORGU
Birinci cavab qanunun lehinə, ikinci cavab əleyhinə olanlar, üçüncü və dördüncü cavab isə bitərəf qalanlar üçün nəzərdə tutulub.