Rusiya Liberal Demokrat Partiyasinin lideri Vladimir Jirinovski Dövlət Dumasının 27 yanvar tarixli iclasında çıxışı zamanı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib.
Qalmaqallı açıqlamaları ilə tanınan Jirinovski Rusiya hakimiyyətini korrupsiyada, kriminal cinayətlərdə və başqa neqativ hallarda günahlandırıb. O, çıxışı zamanı zalda əyləşən hökumət üzvlərinə üzünü tutaraq onları hədələyib. RLDP-nin liderinin çıxışını ölkənin daxili işlər naziri, baş prokuroru və başqa yüksək vəzifəli şəxsləri dinləyib. Jirinovskinin çıxışı sosial şəbəkələrdə yayılan kimi böyük ilgi görüb. Onun çıxışını izləyənlərin sayı 700 min nəfərə yaxındır.