Gəncə məktəblərində 20 müəllimin saxta diplomla işləyir

Təhsil Nazirliyinin saxta diplomları müəyyənləşdirmək məqsədilə apardığı yoxlamalar nəticəsində Gəncədə saxta diplomla işləyən 20 müəllim aşkar edilib

Gəncə şəhər Təhsil İdarəsindən verilən məlumata görə, ilin əvvəlindən başlayaraq Gəncədə 49 məktəb üzrə işləyən 4.500 müəllim kontinenti arasında yoxlamalar aparılıb. Nəticədə 20 müəllimin saxta diplomla işlədiyi müəyyənləşib. Onlardan 10 nəfər işdən azad edilib, 4 müəllimə isə analıq məzuniyyətində olduqlarına görə onlar haqqında heç bir tədbir görülməyib. Digər 6 müəllim isə məktəbdə işini davam etdirir. Buna səbəb həmin müəllimlərin 2 diplomu olmasıdır. Onlar əvvəllər bir ixtisas üzrə əsas diplomla işə götürülüblər, sonradan isə ya ixtisasdəyişmə, yada ixtisas artırma diplomları əldə ediblər. Həmin müəllimlər əsas diploma uyğun olaraq işlərini davam etdirirlər.