“Maraqlı eksrerimentlər üzə çıxarmaq olar”
“Eurovision-2012” Mahnı Müsabiqəsinin Açar Təqdimetmə mərasimində Alim Qasımovun ifasında “Sarı gəlin” mahnısını dinləyən müsabiqənin 2004-cü il qalibi Ruslana səhnə arxasında sənətkarla görüşüb. Lent.az-ın “eurovision.az” saytına istinadən verdiyi xəbərə görə, Ruslana xalq artistinin səsinə valeh olduğunu bildirib: “Mənim üçün konsertin kulminasiyası siz idiniz. Mən öz dostuma deyirdim ki, ondan sonra səhnəyə çıxmaq çətindir. İstedadınıza heyranam. İfanız heyrətamiz idi. Bizi çox təsirləndirdiniz”.
Alim Qasımov isə Ruslananın çıxışlarını televiziya vasitəsilə izlədiyini deyib. Ustad xanəndə Ukraynalı müğənnini enerjili və xüsusi texnikaya malik ifaçı kimi bəyəndiyini də qeyd edib. Hətta Ruslana ilə duet oxuya biləcəyini də söyləyib.
“Azərbaycan musiqisi çox zəngindir. Onu istənilən ölkənin musiqisi ilə sintez edib, maraqlı eksrerimentlər üzə çıxarmaq olar” – deyə Alim Qasımov bildirib.


