Milli.Az “İTAR-TASS”a istinadən xəbər verir ki, gümüşü rəngli “Chrysler 300S” avtomobilinin 1 milyon dollara satılması planlaşdırılır.
Ekspertlər 5,7 litr həcmli mühərrikə malik bu avtomobilin bazar qiymətinin 17 min dollardan artıq olmadığını bildirirlər. O, 30 min kilometr yol qət edib.
“Chrysler 300S” avtomobilini Obama 2004-cü ildə lizinqlə almış, 3 il sonra isə onu Çikaqo sakininə satmışdı. İndi maşını hərraca çıxaran da adı açıqlanmayan həmin şəxsdir.


