Medvedev asılacaq, yoxsa qaçacaq?

Tələbələrlə görüşdə Rusiya prezidentinə sarsıdıcı sual

“Səddam kimi asılmağa hazırsız, yoxsa Şimali Koreyaya sığınacaqsız?”

Yanvarın 25-də Moskva Dövlət Universitetində (MDU) Jurnalistika fakultəsində tələblərlə görüşən Rusiya prezidenti sərt suallarla üzləşib. Bu il 257 yaşını qeyd edən MDU-nun yaradıldığı gün eyni zamanda Rusiyada «Tələbə günü» kimi qeyd olunur. Ona görə dövlət başçısının hər il universitetə gələrək tələbələrlə görüşməsi artıq ənənə halını alıb.
Amma Medvedevin bu dəfəki gəlişi əvvəlkilərdən fərqlənib. Bəlkə də buna səbəb o olub ki, bu dəfə prezidentlə görüşə seçmə tələbələr deyil, bütün auditoriya buraxılıb. Medvedev gələcək jurnalistlərlə Rusiyada mətbuatın inkişaf problemlərindən danışmaq istəsə də, tələbələr müzakirələri siyasi məcraya yönəlib.

Medvedev siyasi mübarizədən çəkilmək fikrində deyil

Maraqlı məqamlardan biri də Medvedevin gələcəkdə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürə biləcəyi ilə bağlı açıqlamasıdır: «Mən heç zaman deməmişəm ki, daha prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Mənim 46 yaşım var. Bu yaş siyasi mübarizədən kənara durmaq, ondan imtina etmək üçün ciddi dövr deyil. Amma bu dəfə mən həqiqətən də namizədliyimi irəli sürməməyi qərara aldım. Çünki düşünürəm ki, eyni siyasi qüvvəni təmsil edən iki şəxs mübarizəyə eyni zamanda qoşulmamalıdır. Hazırkı məqamda qələbəyə daha çox şansı olan şəxs namizədliyini irəli sürməlidir. Bunun belə olub-olmadığını mart seçkiləri göstərəcək».
Dövlət başçısı eyni zamanda müxalifətin ötən müddət ərzində keçirdiyi aksiyalara da münasibət bildirib. Rusiyada inqilab üçün zəmin görməyən Medvedev bununla belə vurğulayıb ki, ölkədə proseslərin inqilab və ya başqa ekstremal yolla inkişafını istəməzdi.

Rusiya prezidenti Səddam Hüseyn ola bilərmi?

Görüşün «şah əsəri» isə bir tələbənin Medvedevə ünvanladığı sual olub. Tələbə Medvedevin ölkədə baş verənlərə görə məsuliyyət daşımağa, Səddam Hüseyn kimi asılmağa hazır olub-olmadığını soruşub: «Siz hakimiyyətinizin sonunda Xalq Məhkəməsi qarşısında cavab verməyə hazırsınızmı? Siz ittiham olunub ölümlə belə cəzalandırıla biləcəyinizin fərqindəsiniz? Bu zaman siz Səddam kimi cəsur olub sinənizi qabağa verəcəksiniz, yoxsa dost ölkə olan Şimali Koreyaya sığınmağa üstünlük verəcəksiniz?».
Ona ünvanalanan sualdan ilk dəqiqələrdə özünü itirən Medvedev öncə tələbəyə həyatında ən cəsur sualı verdiyini söyləyib. Daha sonra isə Medvedevin cavabı belə olub: «Mən heç nədən qorxmuram. Əks halda prezident işləyə bilməzdim. Əgər siz, dəqiq cavab gözləyirsinizsə, bəli, mən öz ideyalarım uğrunda ölməyə hazıram. Və bu, təkcə Konstitusiya deyil, o cümlədən ailə, uşaqlar və sairdir».

O, ölkəsindəki siyasi ab-havanı sönük sayır…

Ölkədə zəruri olan islahatlar barədə danışan Medvedev Federal Şura qarşısında bu barədəki çıxışına da aydınlıq gətirib. O, bildirib ki, təxminəən bir il əvvəldən siyasi mühütə aktivlik gətirmək lazım olduğunu hiss edib. Medvedevin fikrincə, hazırda Rusiyada olan siyasi ab-hava çox sönük və tənzimlənəndir. Bu baxımdan partiyalar haqqında hazırkı qanun günün reallıqlarına cavab vermir.

Amma müxalifətin mitinqinə getməyacək

Medvedevə daha bir sual hansı müxalifət liderini daha təhlükəli görüdüyü ilə bağlı olub. Medvedev konkret heç bir müxalifət liderinin adını çəkməyib və bildirib ki, əgər müxalifət liderlərinin həqiqətən də gücləri varsa bunu sübut etsinlər. Medvedev vurğulayıb ki, o, müxalifətlə görüşməkdən çəkinməsə də, mitinqə gedərək orada «hesabat» vermək niyyətində deyil.

Xəyal