Ermənilər üçün “Putin” klubları

Ermənistanda “Putin” klubları yaradılır

Bu haqda Ermənistanın “Lragir” qəzeti xəbər verir. Artıq 4 belə klub yaradılıb. Klublar rus Kitab Evlərində yerləşəcək. “Putin” klublarının məqsədi heç də ermənilərə rus ədəbiyyatını, Tolstoyu, Dostoyevskini tanıtmaq deyil. Klublarda baş nazirin ideyalarını populyarlaşdırmaq, Avrasiya ittifaqına üzvlüyün üstünlüklərini yaymaq planlaşdırılır.

Seçkidən sonra Putin təbliğatının daha sürətlə gedəcəyi ehtimal edilir. Ehtimal ki, Ermənistan Putinin yeni “SSRİ modeli”ində növbəti halqa olacaq. İndidən təbliğat işlərinə başlanılıb.

İnformasiya Şöbəsi