Məşhur mügənni Brilliant Dadaşovanı Türkiyədə aldadıblar. Bia.az-ın məlumatına görə, bu xəbəri Türkiyənin “Hürriyət” qəzeti yayıb. Sənətçi tanınmış musiqiçilər Mətin Özülkü və Fəttah Can tərəfindən aldadıldığını iddia edib. Bildirilir ki, B. Dadaşova türk və Azərbaycan dilində buraxdırmaq istədiyi yeni albomu üçün M.Özülkü ilə F. Cana 18 min ABŞ dolları verib.
“Bu iki məşhur adama güvəndim, inandım, amma onlar məni 2 il yarımdır ki, aldadırlar. İndi hətta telefon zənglərimə belə cavab vermirlər”.
Faktı dəqiqləşdirmək üçün Brillinat xanımla əlaqə saxladıq. Müğənni qeyd etdi ki, deyilənlər yalandır:
“Mən Türkiyə mətbuatına belə bir açıqlama verməmişəm və aldanmağımla bağlı deyilənlər də yalandır. Həqiqətən də həmin şəxslərlə iş birliyim var. Münasibətlərimiz də normaldır. Adı çəkilən albom yaxın günlərdə hazır olacaq”,-deyə B. Dadaşova əlavə edib.
***
Brilliant Dadaşovanı Türkiyədə aldadıblar
Azərbaycanın Xalq artisti Brilliant Dadasova Türkiyədə dolandırıldığını bildirib. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb.
B.Dadaşova iddia edib ki, o, tanınmış müsiqiçilər Mətin Özülk və Fəttah Can tərəfindən aldadılıb. Brilliant xanımın sözlərinə görə, o, türkcə və azərbaycanca buraxdırmaq istədiyi albomu üçün bir mahnı və aranjeman qarşılığında Özülkü ilə Cana 18 min dollar ödəyib.
B.Dadasova deyib: “Bu iki məşhur adam 2 il yarımdır məni aldatmaqla məşğuldur. Türk qardaşlarıma güvəndim, özümü bacılarıymış kimi düşünüb nə dedilərsə, etdim. Amma onlar indi telefon zənglərimi belə, açmırlar”.