“Türkiyə və Azərbaycan liderləri təcili bir araya gəlməlidir”
AXCP sədri Əli Kərimlinin Fransa Senatında qəbul edilən məlum “soyqırım qanunu” ilə bağlı “Azadlıq” qəzetinə verdiyi müsahibə Türkiyədə əks-səda tapıb. Türkiyənin “Haberx.com” internet qəzeti müsahibədən bəzi hissələri, başlığa AXCP sədrinin “Türkiyə və Azərbaycan liderləri təcili bir araya gəlməlidir” fikrini çıxarmaqla, dərc edib.
“Haberx.com” Əli Kərimlinin məlum qanunun demokratik prinsiplərə, hüquqa, o cümlədən Fransanın Konstitusiyasına zidd olduğu, Türkiyə və Azərbaycana qarşı yönəldiyi, Azərbaycanın bu məsələdə Türkiyə ilə hansı birgə addımları atmalı olduğu haqda fikirlərinə diqqət yetirib. Qəzet AXCP liderinin Minsk Qrupundakı həmsədrliyin Fransadan alınıb Avropa Birliyinə verilməsi üçün hakimiyyəti fəaliyyətə səsləyən təklifini də qabardaraq başlığa çıxarıb.


