
Ictimai Palatanın Türkiyə səfirliyindən Fransa səfirliyinə qədər yürüş keçirmək planı təxirə salınıb. Bu barədə APA-ya IP üzvü Gülağa Aslanlı məlumat verib. O, buna səbəb kimi Bakı Şəhər Icra Hakimiyyətinin IP-in aksiya ilə bağlı məktubuna cavab verməməsini göstərib.
Aslanlı IP-in Türkiyəyə dəstək məqsədilə yanvarın 30-da aksiya keçirəcəyini bildirib:”Biz həmin gün aksiya keçirməkdə israrlıyıq”.


