Cahit Kılıçdan Taha Akyola ilginc sual

Türkiyənin tanınmış yazarları İlham Əliyevin susqunluğuna münasibətdə üz-üzə gəldilər

Fransa Senatında qəbul olunan məlum “soyqırım qanunu” fonunda Azərbaycan məsələsi Türkiyə mediasının gündəminə oturmaqdadır. Artıq neçə gündür Türkiyənin tanınmış köşə yazarları Azərbaycan prezidenti İlham Əliyevin Fransanın bu addımı qarşısında susmasını tənqid edən məqalələr qələmə alırlar.
Son belə yazılardan birini yanvarın 26-da “Hürriyet” qəzetində köşə yazarı Taha Akyol dərc etdirib. Elə həmin gün “Haberx.com” internet qəzetinin yazarı Cahit Kılıç öz köşəsində həmkarının məqaləsindəki razılaşmadığı bir məqama cavab verib. O, eyni zamanda son baş verənlərə görə Azərbaycan rəhbərliyini qınayanlara etiraz edən türkiyəli həmkarlarına da cavab göndərib.

Cahit Kılıçın “Azərbaycana son baxış” başlıqlı yazısından həmin hissələri təqdim edirik:

Taha Akyol dünən yarım sütun ayırdı Əliyevin Fransa məsələsinə Fransız qalmasına (Türkiyə türkləri “Fransız qalmaq” deyimi ilə çaşqın, qərarsız vəziyyətə düşməyi ifadə edirlər – red.). Baxdı ki, yağmur kimi təpki gəlir. Bu gün tam sütun həsr etdi bu məsələyə. Təqdirə layiqdir!..
Sayın Taha Akyola hörmət edirəm. Əski bir ülküdaşım olduğu üçün, müqayisəyə gələməyən mütəfəkkirliyinə görə hörmət edirəm. Fəlsəfi bilgisiylə, ən həyəcanlı hadisələrə bilə təmkinli yanaşması, sağlam fikri ilə, bəsit mövzulardan və adamlardan uzaq durması ilə təqdir edirəm onu…
Dünən daha sitəmkar yanaşmışdı, bu gün, sanki yalvarırmış kimi “Yüksək mövqeli bir səs verin, sayın Əliyev…” deyir.
Verməzsə nə yazar sayın Akyol?
Sayın Akyol deyir ki: “Azərbaycanın iç siyasəti mövzusunda özümü haqq sahibi görmərəm. Məqsədim kimsəni dəstəkləmək və ya pisləmək deyil. “Bir millət iki dövlət” gerçəyində iki dövlətin fərqli siyasətlərinin ola biləcəyini də qəbul edirəm”.
Əcaba, bunumu demək istəyir? “Sayın Əliyev, ölkə içində sizə müxalif olan hər kəsi – qəzetçiləri, baş redaktorları, partiya liderlərini, insan haqları müdafiəçilərini, vəkilləri, sosial mediada və (və ya) bloqlarda müxalif yazılar yazan 18 yaşından kiçik cocuqları bilə həbsxanalara doldura bilərsiniz. Xalq Cəbhəsi lideri Əli Kərimliyə pasport verməyə, xaricə addım atmasını əngəlləyə bilərsiniz. Dini bir, dili bir, canı bir, qanı bir qardaşıq, amma yenə də bunlar məni ilgiləndirməz! Yetər ki, bu Fransaya bir söz deyin”.
Bumudur demək isətdiyiniz, sayın Akyol?
Yalnız Beynəlxalq Amnistiya Təşkilatı, Sərhədsiz Reportyorlar və adlarını indi saya bilmədiyim bir çox insan haqları təşkilatının beynəlxalq arenalarda Əliyev rejimi üzərinə qurduğu basqılar nəticəsində və sayəsində Əli Kərimli kimi siyasətçilər, Qənimət Zahid kimi qəzetçilər həbsdən çıxa bilir! Fəqət bizim gözlərimizə siyah tüllər çəkilmiş, qulaqlarımıza pambıq tıxanmış, təəssüf!
Siz nə deyirsiniz deyin, anlamı budur, sayın Akyol!

***

Gələk “Azərbaycan yalanları” diyə yazan Ümit Özdağa. MHP İqdır millət vəkili Sinan Oğana soruşub, o da sıralayıbmış:
Məmmədyarov açıqlama verdi…
Novruzov açıklama verdi…
Həsənov açıqlama verdi…
Bilməm, daha kimlər, kimlər…
Yaxşı, güzəl, xoş. Bəs Əliyov hardadı, sayın Özdağ?
Bir yeraltı keçid üçün bir saat nitq söyləyən İlham Əliyevə Fransa məsələsi üçün iki kələmə sarf etmək çoxmu ağır gəlib, sizce?..