Ulviranın ərini bıçaqlayanlar tutuldu

ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayev artıq reanimasiya şöbəsindən çıxarılıb və normal palataya keçirilib.

Bu barədə “Qafqazinfo”ya T. Musayevin prodüseri Elçin Məmmədov məlumat verib. Onun sözlərinə görə, Tərlanı bıçaqlayanlar həbs olunub.

O, U. Qarayevanın ərindən boşanmaq istədiyi xəbərinin doğru olduğunu bildirib: “O, məhkəməyə müraciət edib. Lakin Tərlan həyat yoldaşını üç ay içində geri qaytaracağını söyləyir. Ulvira da Tərlana şans verib”.

Qeyd edək ki, yanvarın 22-də Tərlan Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olmuşdu. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev Tərlan Dağlı kimi tanınan meyxanaçıdır.