“Qeyd etdim ki, ona faktiki olaraq Azərbaycan adlanan zindandan xaricə səfər etməyə icazə verilmir”
ACP lideri Rəsul Quliyev Almaniya səfərinin yekunları barədə “Qafqazinfo”ya açıqlama verib. O, deyib ki, axırıncı 3 görüşlə səfərinə yekun vurub. Almaniyada Yaşıllar Partiyasından Mehmet Kiliç, SPD-dən Kristof Ştrasser və FDP-dən Serkan Törenlə görüşlərində əvvəlki kimi dərin fikir mübadiləsi aparılıb.
ACP lideri deyib ki, görüşlərdə Azərbaycanda demokratiyanın bərpası üçün bütün aspektlər müzakirə edilib. O, Azərbaycanda seçkini saxtalaşdıran hakimiyyətin daha da amansız olduğunu vurğulayıb: “Qeyd etdim ki, keçən ilin aprelində müxalifət qüvvələrinin protest mitinq keçirmək cəhdi çoxsaylı polislər tərəfindən amansızlıqla dağılmaqla yanaşı, heç bir günahı olmayan onlarla mitinq iştirakçılarının həbs edilməsi ilə nəticələnib. Onları bütün ölkələrdə olduğu kimi, bir neçə saat sonra buraxmaq əvəzinə, orta hesabla 2-3 il iş veriblər. AXCP-nin sədri Əli Kərimliyə heç bir əsas olmadan pasport verilmir, faktiki olaraq Azərbaycan adlanan zindandan xarici ölkələrə səfər etməyə icazə verilmir. Deputatlar Azərbaycanda demokratiyanın bərpası yolunda xalqın yanında olacaqlarına söz verdilər”.


