Putin İspaniyada lüks villa alır (VİDEO)

Rusiyanın baş naziri “dar gün” üçün sığınacaq axtarır?

Rusiyanın baş naziri Vladimr Putin İspaniyanın Marbela şəhərində lüks villa alır. Bu haqda ispan internet portalı “Vanitatis” yazır: “Bu şəhərciyin sehri qarşısında duruş gətirə bilməyən sonuncu şəxs Putindir. O, Benaavisdə yerləşən La Zaqaleta yaşayış kompleksində dəbdəbəli villa almaq haqqında danışıqlar aparır. Bura elə bir yerdir ki, çox varlı və qüdrətli şəxslər səs-küysüz həyat yaşamaq üçün buranı seçirlər”.
İddiaya görə, Putin Marbellada məskunlaşmağı eks-mer Yuri Lujkovun məsləhətlərindən sonra qərara alıb. “Lujkovun özü burada ov məkanları olan möhtəşəm malikanəyə sahibdir. O özü buranı dünyanın ən yaxşı yeri sayır. La Zaqaleta Lujkovun o qədər xoşuna gəlib ki, o arvadının Mərakeş sahillərində də bənzər bir şey tikəcəyini açıqlayıb. Rubl ora da gedib çatacaq”- deyə mənbə bildirir.
“Vladimir Putin üçün La Zaqaleta gözəl sığınacaq olacaq. Rusiya baş naziri fəxr edir ki, o, çəkmir, içmir, cüdo üzrə çempiondur, sambo ilə məşğul olur, at minir. Onun sevdiyi məşğuliyyətləri gerçəkləşdirmək üçün Serraniya-de-Ronda boyunca uzanan, Afrika sahillərinə mənzərəsi olan 900 hektar ərazisi var. Özü də burada tam məxfiliyini qoruya bilər”, – deyə portal yazır.
Yaşayış kompleksinin xüsusiyyəti ondan ibarətdir ki, yerli malikanələrin sahibləri səsvermə yolu ilə öz gələcək qonşularını seçə bilərlər. Belə ki, çox populyar olduqları üçün Xulio İqlesias, Şakira və Devid Bekhemin burada mülk alma istəyi rədd edilib. İzləmə kameraları hətta ağaclarda belə quraşdırılıb. Burada İran liderlərindən biri və məhşur mafiozlar da yaşayıb.
“Vladimir Putinin emblemi ağ ayı olacaq, araq isə vedrələrlə axacaq. Putin idarə etmək üçün növbəti sığınacaq axtarır”, – deyə yazıda qeyd olunur.

Putinin villa aldığı La Zaqaleta:

 

İnformasiya şöbəsi