«Allah doğma, tale isə ögey atadır»
(yəhudi atalar sözü)
“The Hill” qəzetində, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Mişel Obamanın mümkün ola biləcək işbirliyinə işarə və istəklə yazılmış məqalə açıq şəkildə yəhudi lobbisinin məqsədlərini ortaya qoydu. Qəzetin baş redaktoru Ceyms Finkelşteyn də daxil olmaqla, yəhudi əsilli yazarların çoxluq təşkil etdiyi lobbist qəzet, ABŞ ictimaiyyətinə, şəxsən prezident Obamaya, açıq mesaj göndərir: “Azərbaycanda siyasi hakimiyyətə qarşı münasibət dəyişməlidir, vəssalam”.
Məqalə tövsiyə üslubunda yazılsa da, oradakı incə SIYASI TƏHDIDI sezməmək mümkün deyil. ABŞ-da prezident seçkiləri ərəfəsində yazılan yazını, təsadüfi hesab etmək olmaz.
Xatırladaq ki, bu qəzet bir neçə ay öncə Anar Məmmədovun ABŞ-da lobbi təşkilatı yaratdığını elan etmişdi. O zaman nazir oğlunun guya Qarabağ həqiqətləri, Azərbaycanin digər problemləri haqda “təəssübkeşliyi” ön plana çəkilirdi. “Fabiani&Company” ilə əməkdaşlıq imzalansa da, bunu “The Hill” işıqlandırmışdı…
Qəzetin əsas partnyoru olan “Hill+Knowlton Strategies” kompaniyası 20 ilə yaxındır ki, keçmiş MDB məkanında, PBN adı altında fəaliyyət göstərir. Sahibi Piter Nekarsulmerdir. “PBN Hill+Knowlton Strategies” beynəlxalq kommunikasiya agentliyidir, regional və transmilli müştərilərə xidmət edir. Şirkətin mənzil qərargahı Nyu-Yorkda yerləşir. Əsasən inkişaf etməkdə olan ölkələrdə kominikasiya və beynəlxalq aləmə inteqrasiya məsələləri ilə məşğul olurlar. Bir neçə gün əvvəl PBN yeni şura üzvlərini təsdiq etdi. Neft və qaz sahəsində tanınmış mütəxəssis David Herbert, “The PBN Company”nin direktorlar şurasına başçılıq edəcək, Bernard Saçer və… Georqi Ohanov isə şura üzvlüyünə seçildilər. Sonuncu Rusiyada tanınmış milyarder Oleq Deripaskanın müşaviridir və Moskva Dövlət Beynəlxalq Münasibətlər Insitutunun məzunudur. Hamısı da yəhudi əsilli biznesmenlərdir…
Bu şirkətlərə nəzarət paketinin 75%-i isə… Fransanın məşhur reklam-kommunikasiya şirkəti, lobbi nəhəngi, “WPP Group”un əlindədir. Əsası 1935-ci ildə yəhudi əsilli(!) fransız Marsel Bleyşteyn tərəfindən qoyulmuş bu ailə şirkəti dünyanın dördüncü reklam və kommunikasiya korporasiyasıdır.
Təxminən belə bir nəhəng lobbi qanadları olan transmilli qurum özlərinin Amerikadakı mətbu orqanları, əlaqələri ilə Ağ evin qapılarını Ilham Əliyev üçün döyməyə başlayıb. Nəzərdə tutulan 500 milyonluq proyekt (!) sadəcə, aysberqin görünən tərəfidir, başqa “layihə”lər daha da iri məbləğlərlə müşayiət oluna bilər.
…Bəli, yəhudi lobbisi Əliyevlər hakimiyyətini ömrünü uzatmaq üçün qollarını çirməyib. Iqtidara bu xidmətin havayı edildiyini düşünmək, ən azı sadəlövhlük olardı. Söhbət çox böyük pullardan gedir. Getdikcə, necə deyərlər, xoruzun quyruğu da yavaş-yavaş görünür, yəni ana müxalifətə zorla, ISLAM FUNDAMENTALIZMI YARLIĞI YAPIŞDIRMAĞA start verilib. Xatırladaq ki, Moskva da 20 Yanvar qırğınında, bu ssenaridən istifadə etməyə cəhd edərək, bir iki məscidi açıq olan bu ölkədəki cinayətlərini, ört-basdır etməyə çalışmışdır. Hazırda Ictimai Palataya yersiz hücumlar, əslində incə düşünülmüş taktikanın tərkib hissəsidir və heç də təsadüfi deyil. Lakin istifadə olunan şəxslərin sanbalı və arqumentsizliyi bu taktikaya diqqətin, hələlik zəif olduğundan xəbər verir. Qayıdaq məqaləyə…
Yazının orijinalında təklif olunan, 500 milyon dollara (evin tikilsin, AzərTac, o boyda pulu necə “gizlətmək” olar? – X.Ə.), Azərbaycanın bir çox problemlərini həll etmək olardı. Gəlin bir anlığa xəyalpərəst olaq…
Məsələn, normal şərtlərlə (yəni “şapka” və Hacıbalasız… – X.Ə) evlər tikib, 20 min gənc ailəni mənzillə təmin etmək mümkün idi. Və yaxud, əmanətləri sovet banklarında batmış, ən yaşlı 100 min vətəndaşımıza 5 min dollardan qaytarmaq olardı ki, bunun da onlar üçün nə demək olduğunu hamımız yaxşı bilirik. Körpə uşaqları da sevindirmək olardı, heç olmasa bədnam qonşularımız qədər müavinət verə bilərdik, onlara. Göründüyü kimi, ehtiyaclar da, xəyallar kimi sərhədsizdir.
…Bundan sonra gəl ürəkləri sızladan, “Pianoçu”, “Şindlerin siyahısı”, “Dənizin susması” filmlərinin səmimiliyinə inan görüm, necə inanasan? Bizləri müasir gettolarda yaşatmaq uğrunda mücadiləyə başlamış yəhudi lobbisi bilməlidir ki, faşizm üzərində qələbə 400 min azərbaycanlının da qanı bahasına əldə edilib. Bakı neftinin oynadığı rol isə həlledici olub. Bu, sadəcə xatırlatmadır.
“Haqq nazilər, üzülməz”. Bu da Azərbaycan atalar sözüdür.